Natiq Məmmədov: “Seçki prosesi başlayandan MSK-ya heç bir şikayət daxil olmayıb”

Natiq Məmmədov: “Seçki prosesi başlayandan MSK-ya heç bir şikayət daxil olmayıb”
# 18 sentyabr 2013 08:39 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “Seçki prosesi başlayandan Mərkəzi Seçki Komissiyasına (MSK) heç bir şikayət daxil olmayıb”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, bu, prosesin rəvan getməsi, yaradılan şəraitin yüksək olması ilə bağlıdır: “Əlbəttə, bəzi şikayətlər daxil olur. Amma həmin şikayətlərin əsasları ilə bağlı inamla danışmaq olmur. İndiyədək nə namizədliyin irəli sürülməsi, nə namizədlərin qeydə alınması, nə də təşviqat mərhələsindən hələ ki MSK-ya rəsmi şəkildə bu və ya digər pozuntunun olması ilə bağlı heç bir şikayət daxil olmayıb”.

N.Məmmədov həmçinin seçki təşviqatına qoşulmaqla bağlı MSK-nı məlumatlandırmayan KİV orqanlarının bu prosesdə iştirak etməsi ilə məsələyə də aydınlıq gətirib. O deyib ki, onda bu cür faktlarla bağlı məlumat yoxdur: “Ancaq bir fikri diqqətinizə çatdırmaq istəyirəm ki, istər KİV, istər internet resursları, istərsə də digər vasitələr olsun, yəni istənilən fəaliyyətin məqsədi olduğu kimi, təşviqatın da özünəməxsus məqsədi var. Təşviqat seçicinin kiminsə seçiminə inandırmaqdan ibarətdir. Əgər həmin təşviqat kiminsə xeyrinə bildirilirsə, ilk növbədə fəaliyyətin qanuna uyğunluğu həmin şəxsin özünü narahat etməlidir. Bu cür faktlar bizi və sizi narahat etməməlidir. Bununla bağlı başqa qaydalar işləyir. Əgər bu qanunsuz edilirsə, həmin şəxs narahat olmalıdır. Bununla MSK-nın əlində qanuni imkanlar kifayət qədərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR