“Qadınlara qarşı zorakılığa “yox” deyək” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib - VİDEO

“Qadınlara qarşı zorakılığa “yox” deyək” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">VİDEO
# 25 noyabr 2013 14:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət (AQUPDP) komitəsinin təşkilatçılığı ilə “Qadınlara qarşı zorakılığa “yox” deyək” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbir AQUPDK, BMT-nin Əhali Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti ilə birgə 16 günlük fəallıq kampaniyası çərçivəsində təşkil olunub.

Tədbirdə çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova bildirib ki, gender zorakılığına qarşı 16 günlük fəallıq kampaniyası 25 noyabr Beynəlxalq Qadınlara qarşı Zorakılığın aradan qaldırılması Günü tarixindən başlayaraq 10 dekabr İnsan Hüquqları Günü tarixinədək davam edən beynəlxalq kampaniyadır. Onun sözlərinə görə, kampaniyanın məqsədi gender əsaslı zorakılığın insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır: “Qadınlara qarşı zorakılığın müxtəlif səbəbləri var ki, bunlara da yoxsulluq, ailə mədəniyyətinin aşağı olması, erkən nikahlar, formalaşmış yanlış stereotiplər və digərləri daxildir. Azərbaycan da isə insan hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Belə ki, bu istiqamətdə qadın hüquqlarının müdafiəsi, onlar üçün geniş imkanların yaradılması, de-fakto bərabərliyə nail olunması istiqamətində mühüm işlər görülür. Dövlət-qadın siyasətinin güclənməsinə xüsusi diqqət göstərilir. Azərbaycanda qadın siyasətində məişət zorakılığın araşdırılması və onlara qarşı mübarizə aparılması mühüm əhəmiyyət kəsb edir. Ölkədə qanunvericiliyin mövcud olmasına və müvafiq dövlət qurumlarının birgə fəaliyyət göstərməsinə baxmayaraq, bu istiqamətdə vətəndaş cəmiyyətin rolu böyükdür. Cəmiyyət bu problemə qarşı birgə mübarizə aparmalıdır”.

Tədbirdə BMT-nin Rezident Əlaqələndiricisi Antonius Bruk, BMT-nin Əhali Fondunun Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə ölkə direktoru Zahidul Huq, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli çıxış ediblər. Tədbirin yekununda quruluşçu rejissor, xalq artisti Bəxtiyar Xanızadənin “Anlam” adlı pantomima tamaşası nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR