Şarl Aznavur Fransa siyasətçilərinə rüşvət verdiyini etiraf edib

Şarl Aznavur Fransa siyasətçilərinə rüşvət verdiyini etiraf edib
# 13 noyabr 2013 15:29 (UTC +04:00)

APA-nın Avropa bürosunun xəbərinə görə, Fransanın “France info” radiosuna müsahibəsində Ş. Aznavur müğənni kimi fəaliyyəti dövründə sağ, sol və mərkəzçi partiyaların bir çox üzvlərinə nəğd pul verməklə onların seçki kampaniyalarını maliyyələşdirdiyini söyləyib. Bunun müqabilində o, sonradan həmin siyasətçilərin yardımı ilə vergilərdən yayınırmış: “Vəkil xərcləri çox baha başa gəlirdi, amma bundan da betər hallar olub. Bəzi siyasət adamları var idi ki, mənim problemlərimi həll etməyə qadir idilər. Mən onların seçki kampaniyaları üçün pul köçürürdüm, xüsusən də afişaların hazırlanması üçün. Bir çox siyasətçilərlə iş görmüşəm. Bu, mənə çox baha başa gəlib. Bütün siyasi düşərgələrdən olanlar var idi: sağ, sol və hətta mərkəzçi partiyalardan”.

Bir neçə ildir ki, İsveçrədə yaşayan 89 yaşlı Şarl Aznavur bildirib ki, onu Fransanı tərk etməyə məcbur ediblər.

Hazırda Fransa mətbuatı bu olayı araşdırır və Aznavurdan pul alan siyasətçilərin kim olduğu istiqamətində araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR