Bu il peşə vəzifəsini yerinə yetirərkən 70 jurnalist həlak olub - VİDEO

Bu il peşə vəzifəsini yerinə yetirərkən 70 jurnalist həlak olub - <span style="color: red;">VİDEO
# 30 dekabr 2013 09:33 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “Jurnalistləri Müdafiə Komitəsi” adlı beynəlxalq təşkilatın hesabatında deyilir.

Bu il jurnalistlər üçün ən təhlükəli ölkələr Misir, Suriya və İraq olub. Ölən jurnalistlərin üçdə ikisi Yaxın Şərq ölkələrinin payına düşür. 2013-cü ildə təkcə Suriyada 29 KİV nümayəndəsi həlak olub.

Pakistan, Somali, Hindistan, Braziliya, Filippin, Mali və Rusiyada da jurnalistlərin ölüm faktları qeydə alınıb.

Qeyd edək ki, “Jurnalistləri Müdafiə Komitəsi” 1992-ci ildən bu cür statistika aparır. 2012-ci ildə dünya üzrə 74 jurnalist ölümü baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR