Azərbaycan biznesmenləri Türkiyədə keçiriləcək hovuz və sauna avadanlıqları sərgisinə dəvət olunur

Azərbaycan biznesmenləri Türkiyədə keçiriləcək hovuz və sauna avadanlıqları sərgisinə dəvət olunur
# 25 dekabr 2013 07:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn il Türkiyədə «Pool Expo – 2014» hovuz, SPA, sauna avadanlıqları və aksesuarları sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, mayın 5-8-də keçiriləcək bu sərgi İstanbul şəhərində təşkil olunacaq.

Sərgidə iştirak edəcək qonaq şirkətlərin nümayəndələri üçün nahar və yerləşmə xərcləri təşkilatçı tərəfdən qarşılanacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur.

Sərgidə iştirak etmək istəyənlər Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR