ARDNŞ büdcə ödənişlərini 31% artırıb

ARDNŞ büdcə ödənişlərini 31% artırıb
# 13 mart 2014 15:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin fevral ayında dövlət büdcəsinə 173,035 mln. manat vəsait ödəyib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin fevral ayına nisbətən 30,8% çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-fevral aylarında büdcəyə 346,613 mln. manat vəsait ödənilib. Bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 80,097 mln. və ya 30,1% çoxdur.

Bundan əlavə, bu ilin fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11,323 mln. manat köçürüb. Ümumiyyətlə, bu ilin yanvar-fevral aylarında Şirkət tərəfindən DSMF-yə ödəniş 24,820 mln. manat təşkil edib ki, bu da ötən ilin yanvar-fevral aylarına nisbətən 2,7% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR