Bakıda mərkəz direktorunun otağından seyf oğurlanıb

Bakıda mərkəz direktorunun otağından seyf oğurlanıb
# 11 fevral 2014 08:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda mərkəz direktorunun otağından seyf oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, fevralın 10-da Binə qəsəbəsində yerləşən «Atçılıq mərkəzi»nin müdiri, Bakı şəhər sakini Əhsən Hüseynovun xidməti otağının pəncərəsini sındırmaq yolu ilə, içərisində 2000 manat olan seyf qarət məqsədi ilə oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmin mərkəzdə çapar işləyən və yataqxanasında yaşayan Elvin Məmmədov tutulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, o, oktyabrın 3-ü 2013-cü il tarixdə qeyd olunan yataqxanada yaşayan və atçılıq mərkəzdə mehtər işləyən Fuad Musayevin otağından 500 manat pul oğurlayıb.

Fakta bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR