Azərbaycanda memarlıq və arxeoloji abidələrin bərpası sahəsində düşərgə təşkil olunacaq - FOTO

Azərbaycanda memarlıq və arxeoloji abidələrin bərpası sahəsində düşərgə təşkil olunacaq - <span style="color: red;">FOTO
# 06 sentyabr 2013 12:22 (UTC +04:00)

Bakı. Cavid Zeynalov-APA. 18-25 sentyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə memarlıq və arxeoloji abidələrin bərpası, konservasiyası sahəsində düşərgə təşkil olunacaq. Nazirlikdən APA-ya verilən məlumata görə, layihə çərçivəsində iştirakçılara Bakı və Quba şəhərlərində yerli və xarici mütəxəssislərin iştirakı ilə memarlıq və arxeoloji abidələrin bərpası, konservasiyası sahəsində təlimlər keçiriləcək, iştirakçılar “Xınalıq” tarix, memarlıq və etnoqrafiya qoruğunda, Abşeron yarımadası ərazisində arxeoloji qazıntılarda iştirak etmək imkanı əldə edəcəklər. Eyni azmanda son illər ərzində bərpa edilmiş və hazırda bərpası davam etdirilən tarix, mədəniyyət abidələrinin ziyarəti də nəzərdə tutulub.

Düşərgə yaşı 29-dək olan, mədəni irs və onun inkişafı ilə bağlı sahələr üzrə (memarlıq, arxeologiya, turizm, mədəniyyətşünaslıq və digərləri) ixtisaslaşan bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil alan və ya məzun olmuş gənclər üçün nəzərdə tutulub. İştirakçıların seçimi müsahibə əsasında həyata keçiriləcək.

Nazirlikdən bildiriblər ki, layihədə iştirak etmək istəyən şəxslər Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinə müraciət edə bilərlər (tel: +994 12 4981980; e-mail: [email protected]).

Son müraciət 16 sentyabr tarixinə qədərdir.

Düşərgənin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin layihədə iştiraka dair sertifikatları təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR