Azərbaycanda bank kassa dövriyyəsi 19% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 19% artıb
# 05 fevral 2014 09:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2013-cü ildə 38,416 mlrd. manat, məxaric hissəsi isə 39,644 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2013-cü ilə nisbətən 18,7%, məxaric hissəsi isə 14,8% artıb.

Beləliklə, ilin nəticələrinə görə, bank kassa dövriyyəsində 1,228 mlrd. manat həcmində mənfi saldo yaranıb və bu dövr ərzində 1,256 mlrd. manat həcmində pul emissiyası həyata keçirilib. İllik müqayisədə pul emissiyası 1,7 dəfə azalıb.

İl ərzində bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşür. Bu mənbədən bank kassalarına 23,793 mlrd. manat və ya ümumi mədaxilin 62,4%-i daxil olub. Digər iri mənbələr sırasında 8,958 mlrd. manat həcmində və ya xüsusi çəkisi 23,3% olan hüquqi şəxslərdən daxilolmalar, 3,034 mlrd. manat həcmində və ya xüsusi çəkisi 7,9% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 16,285 mlrd. manat və ya 41,1%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 12,229 mlrd. manat və ya 30,9%, bankomatlara pul qoyuluşunun payına 10,074 mlrd. manat və ya 25,4% düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR