Gəncədə evdən qızıl-zinət əşyaları oğurlanıb

Gəncədə evdən qızıl-zinət əşyaları oğurlanıb
# 07 avqust 2013 16:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə yaşayış evindən 35 min dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Sadıllı qəsəbə sakini, 1956-cı il təvəllüdlü Eldəniz Əliməmmədov Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, nəvələrinin kiçik toyu olan gün naməlum şəxslər onların yaşadıqları evin qapısını aşaraq mənzildən 35 min manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR