Kiyevdə Azərbaycan səfirliyinin dəstəyi ilə beynəlxalq qısametrajlı kino festivalı keçirilib

Kiyevdə Azərbaycan səfirliyinin dəstəyi ilə beynəlxalq qısametrajlı kino festivalı keçirilib
# 21 may 2014 12:55 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Kiyevdə “New Vision” IV Beynəlxalq Qısametrajlı Kino Festivalının müsabiqə filmlərinin nümayişi keçirilib. APA-nın Azərbaycanın Ukraynadakı səfirliyinin saytına istinadən verdiyi məlumata görə, “New Vision International Short Film Festival” Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə həyata keçirilən novator beynəlxalq qısametrajlı kino festivalıdır.

Bu dəfə festivalın müsabiqə proqramında 30-dan artıq qısametrajlı film nümayiş etdirilib. Onların arasında Venesiya, Kann, Berlin və digər nüfuzlu beynəlxalq kinofestivalların iştirakçıları və qalibləri, Oskar mükafatı nominantları da olub.

Müsabiqədə rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi də nümayiş etdirilib.

Xatırladaq ki, “Miras” sənədli filmi bir çox beynəlxalq müsabiqələrdə uğur qazanıb. Filmin ssenari müəllifi Esmira Eyyub, quruluşçu operatoru Fərid Bağırov, montajçısı Firudin İsmayılov, səs rejissoru Elşən Aslanzadə, prodüserləri isə Rəşad Qasımov və Zakir Musayevdir. Film 2010-cu ildə “Bir addım” studiyasında istehsal olunub.

“Miras” uşaqlıq illərindən Duzlu göldə çalışan 9-cu sinif şagirdi Əli haqqında filmdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR