Qubada avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var - FOTO

Qubada avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var - <span style="color: red;">FOTO
# 30 sentyabr 2013 07:21 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Gecə saatlarında Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb. 90 RH 872 dövlət nömrə nişanlı “Lada Priora” markalı avtomobil idarəetməni itirərək səkiyə və daha sonra işıq dirəyinə çırpılıb. Zərbənin gücündən işıq dirəyi nəqliyyat vasitəsinin üzərinə aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan biri ambulator müalicə üçün evə buraxılıb, iki nəfərin vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR