“Qazprom” iyuldan Yunanıstan üçün qazın qiymətini 15 faiz endirir

“Qazprom” iyuldan Yunanıstan üçün qazın qiymətini 15 faiz endirir
# 26 fevral 2014 03:47 (UTC +04:00)

Bakı-APA. Rusiyanın “Qazprom” konserni Yunanıstanın DEPA şirkəti ilə qazın qiymətinin 15 faiz endirilməsinə dair saziş imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qeyd olunan müqavilə 2013-cü ilin iyulun 1-dən tədarük olunan qaza tətbiq ediləcək.

Qeyd edək ki, DEPA üçün tədarük olunan qazın qiyməti 1000 kubmetrə 398-399,5 dollar təşkil edəcək, bu isə əvvəlki qiymətdən 70 dollar aşağıdır.

Yeni tariflər DEPA üçün 2016-cı ilədək qüvvədə olacaq. Lakin saziş 2026-ci ilədək uzadıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR