Tovuzda ermənilər biri uşaq olmaqla üç nəfəri yaralayıb - VİDEO - YENİLƏNİB

Tovuzda ermənilər biri uşaq olmaqla üç nəfəri yaralayıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 20 iyun 2014 07:08 (UTC +04:00)

Tovuz Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, güllə yarası alan rayonun Əlibəyli kənd sakinləridir.

Onlardan 45 yaşlı, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı yaşadığı evin qapısı ağzında qəlpə yarası alıb.

Digər kənd sakini, 72 yaşlı Nağıyeva Qaraqız Qara qızı sağ ayağının 3 və 4-cü barmağını dəlib keçən güllə yarası, onun nəvəsi, 5 yaşlı Nağıyeva Nurcan Osman qızı isə ayağından qəlpə yarası alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.

Məlumata görə, saat 18-dən başlayan atışma saat 23 radələrinə kimi davam edib.

***

saat 00.50

Tovuz. Azər Məmmədli – APA. İyunun 19-da saat 18-dən başlayaraq Tovuzun sərhəd kəndləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Rayonun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin APA-nın qərb bürosuna verdiyi məlumata görə, atışma rayonun Əlibəyli və Hacallı kəndlərində olub.

Məlumata görə, erməni silahlı qüvvələri kəndləri iri çaplı silahlardan atəşə tutublar. Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, saat 18-dən başlayan atışma saat 23 radələrinə kimi davam edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR