Bu il 17,6 ton ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Bu il 17,6 ton ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 25 aprel 2014 15:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında 17,6 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu bu gün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev qurumun təşkil etdiyi istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində Saatlıda təşkil edilmiş konfransda bildirib.

A. Əliyev istehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Onu sözlərinə görə, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin ilbəil artdığı bir dövrdə istehlak bazarında insanların müxtəlif mallara, xidmətlərə olan tələbatı keyfiyyətcə dəyişmiş və istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıblar: “İstehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması üçün mövcud qanununvericilikdən irəli gələn vəzifələrin icrası, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların birgə səyləri nəticəsində bu sahədə əhəmiyyətli işlər görülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR