DİN-də Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib

DİN-də Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib
# 25 fevral 2013 16:20 (UTC +04:00)

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov açıb və soyqırımla bağlı çıxış edib. Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırıma məruz qalmış xocalıların, eləcə də ərazi bütövlüyümüz və suverenliyimiz uğurunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu deyən Ə.Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, işğaldan sonra bütün maddi mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayətdir.

Prezident İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünyanın hər yerində yayılmasını, beynəlxalq aləmin məlumatlandırılmasını, Ermənistanın torpaqlarımızı işğal etməsi faktı və Xocalı soyqırımı ilə bağlı iki yüz mindən artıq həmvətənimizin, o cümlədən daxili işlər orqanları əməkdaşlarının da Ağ Evin saytındakı petisiyaya səs verdiyini, prosedur qaydalarına uyğun olaraq ABŞ prezidentinin hər iki məsələ ilə əlaqədar bəyanatla çıxış edəcəyini diqqətə çatdıran Ə.Ələkbərov vurğulayıb ki, artıq Pakistan, Meksika, Kolumbiya, Rumıniya və digər ölkələrin parlamentləri tərəfindən Xocalıda baş verən kütləvi qətliam soyqrımı kimi tanınıb, ABŞ-ın 6 ştatının qanunverici orqanları da analoji addımı atıb.

Ə.Ələkbərov daxili işlər naziri nazir, general-polkovnik Ramil Usubovun adından bu qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.

Xocalının müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailələri adından danışan Vərziyar Əliyeva və Tacirə Xəlilova onlara göstərilən diqqət, qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq edib, Azərbaycan prezidentinin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində doğma yurd yerlərinə qayıdacaqlarına ümidvar olduqlarını bildiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR