“Güney Azərbaycan beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirilib - FOTO

“Güney Azərbaycan beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirilib - <span style="color: red;">FOTO
# 11 fevral 2013 13:45 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Ümid Partiyasının təşkilatçılığı ilə “Güney Azərbaycan beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Cənubi Azərbaycandakı mövcud vəziyyət və dünya ölkələrinin bu problemə münasibətləri müzakirə olunub.

Tədbirdə çıxış edən Ümid Partiyası sədrinin ictimai əlaqələr üzrə müavini Aynur İmranova Cənubi Azərbaycan mövzusunun artıq beynəlxalq müstəvidə aktuallaşdığı bildirib. Petisiyanın tələb etdiyi 25 min imza layihəsini uğurla bitirdiklərini deyən A.İmranova həmçinin Cənubi Azərbaycan mövzusunun asan bir məsələ olmadığını da vurğulayıb.

Ümid sədrinin xaricdə yaşayan azərbaycanlılarla və diaspora ilə iş üzrə müavin Rüfət Muradlı Cənubi Azərbaycandakı mövcud vəziyyət və milli hərəkat barədə danışıb. Onun sözlərinə görə, İranda demokratikləşmə prosesinin getdiyi vaxtda soydaşlarımızın milli kimlik məsələləri sual altına düşə bilər: “Cənubi Azərbaycan mövzusunda bütün təşkilatlar arasında birlik olsa da, müəyyən mənada fikir ayrılığı da müşahidə olunur. Ona görə də bu gün Güney Azərbaycanda olan təşkilatların birlik məsələsində uzlaşmasına ehtiyac var. Bu problemi həll etmək üçün eyni zamanda oradakı soydaşlarımızın siyasi maarifləndirilməsinə ehtiyac var”.

Son illər beynəlxalq aləmin Cənubi Azərbaycan məsələsinə münasibətinin müşahidə edildiyini deyən politoloq Elxan Şahinoğlu isə Türkiyə istisna olmaqla, region dövlətlərinin bu məsələyə qarşı çıxacaqlarını bildirib.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR