Səfir: “Fransa Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır”

Səfir: “Fransa Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır”
# 12 iyul 2016 10:07 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Fransa həmişə Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bildirib".

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənstanın Fransadakı səfiri Jan Fransua Şarpantye deyib. O bildirib ki, rusiyalı və amerikalı həmkarlarla sıx əməkdaşlıq aparılır: “Prezİdent Fransua Olland Varşava sammitində həmkarları Serj Sarkisyan və İlham Əliyevlə görüşüb. Təbii ki, görüşlərin gündəliyində münaqişənin tənzimlənməsi olub”.

İnsidentlərin araşdırılması mexanizminin yaradılması ilə bağlı həmsədrlər arasında fikir ayrılığı olmasına dair xəbərlərə gəldikdə isə səfir diqqətə çatdırıb ki, mövcud məsələ ilə bağlı nə yanlış anlaşılma, nə də fikir ayrılığı mövcuddur: “İnsidentlərin araşdırılması danışıqların perspektivi kontekstində çox vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR