ASAIF Londonda enerji forumu keçirib - FOTOSESSİYA

ASAIF Londonda enerji forumu keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 14 fevral 2013 08:02 (UTC +04:00)

Bakı – APA-Economics. Xar­icdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) Londonda Böyük Britaniya parlamentinin İcmalar Palatasında “Avropanın enerji təhlükəsizliyində yeni dinamika: Azərbaycan və Türkiyənin rolu” mövzusunda enerji forumu keçirib.

ASAİF-dən “APA-Economics”ə verilən məlumata görə, tədbirin digər təşkilatçısı Birləşmiş Krallıqda fəaliyyət göstərən Türk Tələbələrinin Şəbəkəsi - Network of Students (NOS) olub.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, ARDNŞ-ın London ofisinin direktoru Rüfət Əfəndiyev və Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, Türkiyənin sabiq xarici işlər naziri Yaşar Yakış, Türkiyənin Böyük Britaniyadakı konsulu Ahmet Demirok, “Global Resources Corporation”un sədri Mehmet Öğütçü, britaniyalı deputat Eric Joyce, Britaniyada təhsil alan və məzun olan azərbaycanlı və türkiyəli gənclər və 15-dən artıq müxtəlif ölkəni təmsil edən digər xarici vətəndaşlar iştirak ediblər.

Forumu açıq elan edən ASAIF-in sədri Ramin Həkimov tədbirin təşkilatçıları olan NOS və ASAIF haqqında məlumat verib. Daha sonra forumun moderatoru Mehmet Öğütçünün sədrliyi ilə davam edən tədbirdə ekspertlər Avropanın enerji təhlükəsizliyi və diversifikasiya siyasəti, regionda baş verən geosiyasi proseslər, Xəzər hövzəsinin və xüsusilə Avropanın enerji təminatında Azərbaycanın ixracatçı və Türkiyənin tranzit rolunun önəmi, bu iki ölkənin enerji üzrə xarici siyasətləri, TANAP layihəsinin ərsəyə gətirilməsi və prosesin təsviri, Azərbaycanın Qarabağ reallıqları və erməni işğalının Avropa enerji təhlükəsizliyinə və regiondakı sülhə, stabilliyə olan mənfi təsirindən geniş şəkildə bəhs olunub. Panel spikerlərinin çıxışından sonra isə forum cavab-sual sessiyası ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR