Bakı-2015: Xorvatiya velosipedçiləri Azərbaycanın Gürcüstandakı səfirliyində olublar - FOTO

Bakı-2015: Xorvatiya velosipedçiləri Azərbaycanın Gürcüstandakı səfirliyində olublar - <span style="color: red;">FOTO
# 05 iyun 2015 18:50 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. İyunun 5-də Xorvatiyadan Tiflisə gələn velosipedçilər Azərbaycanın Gürcüstandakı səfirliyində olublar.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qonaqlar səfirlikdə səmimi qarşılanıblar. Sonra səfirlik rəsmiləri velosipedçilərlə xatirə şəkli çəkdiriblər. Görüşdə qonaqlara Azərbaycan və azərbaycanlılar haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, sabah səhər radələrində Xorvatiya idmançıları Heydər Əliyevin Tiflisdəki büstü önündən Azərbaycana yola düşəcəklər.

Gürcüstan Velosiped Federasiyasının prezidenti Omar Pxakadze APA-ya açıqlamasında qeyd edib ki, gürcü idmançıları “Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya yola düşəcək Xorvatiya velosipedçilərini Qırmızı Körpüyədək müşayiət edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR