Sumqayıtda yaşayış binasında yanğın olub, bina sakinləri təxliyə olunub

Sumqayıtda yaşayış binasında yanğın olub, bina sakinləri təxliyə olunub
# 23 sentyabr 2015 09:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda yaşayış binasında yanğın olub.

 

APA-nın Fövqəladə Hallar nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 47 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 3 kv.m sahədə məişət əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR