Məzahir Pənahov: “Azərbaycan xalqı seçkilərdən razıdırsa, MSK məqsədinə çatmış hesab oluna bilər” - VİDEO

Məzahir Pənahov: “Azərbaycan xalqı seçkilərdən razıdırsa, MSK məqsədinə çatmış hesab oluna bilər” - <span style="color: red;">VİDEO
# 02 noyabr 2015 10:30 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, 3 gün ərzində daxil olan şikayətlər araşdırılacaq: “Əgər şikayətlər əsaslı olarsa, məntəqələrdə seçkinin nəticələri ləğv ediləcək. Ləğv edilən seçki məntəqələrinin sayı kifayət qədər olduqda, seçki dairəsinin nəticələri ləğv olunacaq. Ancaq bununla demək istəmirəm ki, belə hal gözlənilir. Biz aşağı seçki komissiyalarının fəaliyyətindən ümumilikdə razıyıq, əməyimizin nəticəsini görürük”.

MSK sədri qeyd edib ki, Azərbaycan xalqı seçkilərdə kifayət qədər yetkinlik, müdriklik nümayiş etdirir, populist davranışları qəbul etmir: “Ona görə də Azərbaycanın gələcəyi üçün optimist olmamağa əsas yoxdur. Xalqın münasibəti bizim üçün ən ali qiymətdir, hər şeyin fövqündə dayanır. Azərbaycan xalqı keçirilən seçkilərdən razıdırsa, MSK məqsədinə çatmış hesab oluna bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR