Yeni Zelandiyada at heykəlində rekord həcmdə kokain aşkarlanıb

Yeni Zelandiyada at heykəlində rekord həcmdə kokain aşkarlanıb
# 03 iyul 2016 16:45 (UTC +04:00)

Bakı-APA. Yeni Zelandiya polisi Oklend şəhərində ölkə üçün rekord həcm 13,2 milyon dollar dəyərində kokain partiyası aşkarlanıb.

APA-nın Avstraliyanın “Sky News” telekanalına istinadən verdiyi məlumata görə, 35 qutu kokain at başı formasında brilliantlarla bəzədilmiş heykəldə aşkarlanıb.

Ümumilikdə 400 kq ağırlığı olan heykəl Yeni Zelandiyaya Meksikadan gətirilib. Yeni Zelandiya hakimiyyəti kokain partiyası ilə bağlı iki Meksika və bir ABŞ vətəndaşını saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR