Kirayədə qaldığı evin sahibini öldürən şəxsin məhkəməsi başlayıb

Kirayədə qaldığı evin sahibini öldürən şəxsin məhkəməsi başlayıb
# 03 mart 2015 13:37 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Eynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası isə martın 10-na təyin edilib.

Qeyd edək ki, Samir Eynalov Nizami Quliyevi bıçaqlayaraq qətlə yetirib. Samir Eynalov istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, qətlə yetirdiyi Nizami Quliyevin evində bir il əvvəl kirayədə qalıb. Həmin vaxt Nizami ilə mübahisəsi olub və ev sahibi onu evindən çıxarıb. Bundan bir müddət sonra təsadüfən küçədə Nizami ilə rastlaşıb və bu vaxt Nizami ona gülüb. Bu isə onun xoşuna gəlməyib və Nizamini bıçaqlayaraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR