“Şahdəniz” yatağının fəaliyyətinə yönəldiləcək əməliyyat əsaslı xərclərin həcmi açıqlanıb

“Şahdəniz” yatağının fəaliyyətinə yönəldiləcək əməliyyat əsaslı xərclərin həcmi açıqlanıb
# 20 noyabr 2014 14:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində “Şahdəniz” yatağı üzrə fəaliyyətlərə təqribən 371 mln. dollar əməliyyat xərcləri və 2 mlrd. 797 mln. dollardan çox əsaslı xərclər çəkilib.

Yatağın operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bütün il üçün bu rəqəmlərin müvafiq olaraq 435 mln. dollar və 3 mlrd. 885 mln. dollar olacağı gözlənilir.

Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə, o cümlədən dənizdəki işlənmələr və “Səngəçal” terminalının genişləndirilməsinə aiddir.

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Gaz Dəhlizi Upsrim (6,7%) “Statoil” (15,5%), “Lukoil” (10%), “Niko” (10%), və TPAO (19%). Bu faizlərə “Statoil”dan müvafiq olaraq BP və Azərbaycan hökümətinin (Cənub Gaz Dəhlizi Upstrim) aldıqları iştirak payları və “Total”ın TPAO-ya satdığı iştirak payı daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR