Aleksey Navalnıy Boris Nemtsovu Ramzan Kadırovun öldürdüyünü bəyan edib

 Aleksey Navalnıy Boris Nemtsovu Ramzan Kadırovun öldürdüyünü bəyan edib
# 21 sentyabr 2015 08:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnıy Çeçenistan rəhbəri Ramzan Kadırovu Boris Nemtsovun ölümündə günahlandırıb.

APA-nın “Unian”a istinadən verdiyi məlumata görə, bu barədə o, sentyabrın 20-də Moskvada keçirilən mitinqdə çıxışı zamanı deyib. “Əgər kimsə mənim dostumu, məşhur siyasətçini öldürübsə, mənim planım bunu dəqiq elan etməkdir. Hesab edirəm ki, onu Ramzan Kadırov öldürüb. Ola bilsin ki, bu, Putinin əmri ilə baş verib. Mən susmayacağam”, - deyə A. Navalniy bildirib. O əlavə edib ki, bu sözlərə görə onu həbsxanaya sala və mühakimə edə bilərlər.

Xatırladaq ki, Boris Nemtsov bu il fevralın 27-də Moskvada güllələnib. O, aldığı 4 güllə yarasından yerindəcə ölüb. Onun qətlində şübhəli bilinən Çeçenistanın “Şimal” batalyonunun keçmiş zabiti Zaur Dadayev, eləcə də Tamerlan Əsgərxanov, Həmzət Bahayev, Anzor və Şaqit Qubaşev qardaşları saxlanılıb və həbs ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR