İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb
# 04 noyabr 2015 07:19 (UTC +04:00)

Bakı - APA-Economics. İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Dəyanət Dəmirov gömrük nəzarətindən keçərkən onun çamadanındakı şampun qabında, məhlul formasında, ümumi təmiz çəkisi 0,7 qram təşkil edən narkotik maddə - metadon aşkar olunub.

Bundan başqa, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Abdolı Mahmud Bahar Alının idarə etdiyi “Scania” markalı sərnişin avtobusuna xidməti itinin tətbiqi ilə baxış zamanı avtobusun qabaq sol hissəsində, iki ədəd işlək akkumulyatorunun arxa hissəsindəki boşluqda 1 ədəd bükümdə, xalis çəkisi 198,07 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR