Azərbaycanda ilin əvvəlindən əsas kapitala 15 mlrd. manata yaxın vəsait yönəldilib

Azərbaycanda ilin əvvəlindən əsas kapitala 15 mlrd. manata yaxın vəsait yönəldilib
# 17 dekabr 2014 07:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,7 mlrd. manat həcmində vəsait yönəldilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, hesabat dövründə 10,8 mlrd. manatlıq tikinti-quraşdırma işləri görülüb.

Əsaslı vəsaitin 70,0%-ni və ya 10,3 mlrd. manatını daxili investisiyalar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 0,3%, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 11,4% artıb.

Bu ilin 11 ayında məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 67,2%-i, yaxud 9,9 mlrd. manatı sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR