Misirdə parlament seçkilərinin tarixi xristian koptların xahişi ilə dəyişdirilib

Misirdə parlament seçkilərinin tarixi xristian koptların xahişi ilə dəyişdirilib
# 24 fevral 2013 00:27 (UTC +04:00)

Bakı-APA. Misir prezidenti Məhəmməd Mursi parlament seçkilərinin tarixini dəyişərək aprelin 22-nə təyin edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bundan öncə parlament seçkilərinin başlanması aprelin 28-nə müəyyən olunmuşdur.

Prezidentin bəyanatında qeyd olunur ki, parlament seçkilərinin tarixi xristian koptların xahişi ilə dəyişdirilib. Əks halda səsvermə onların Pasxa bayramına təsadüf edəcəkdi.

Qeyd edək ki, Misir müxalifətinin liderlərindən biri olan Məhəmməd Baradeyi keçiriləcək seçkiləri tamaşa və demokratiyanın imitasiyası adlandıraraq boykot etməyə çağırıb.

Ehtimallara görə, seçkilər müşahidəçi çatışmazlığı səbəbindən bir neçə mərhələdən ibarət olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR