DİN və MSK Şəkidə seminar-müşavirə keçirib - FOTO

DİN və MSK Şəkidə seminar-müşavirə keçirib - <span style="color: red;">FOTO
# 28 sentyabr 2015 11:31 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki şəhər Polis İdarəsində Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən MSK-nın nümayəndələri və dairə seçki komissiyalarının sədrləri, polis orqanlarının xidmət üzrə rəis müavinləri və ictimai təhlükəsizlik şöbə və bölmələrinin rəislərinin iştirakı ilə zona seminar-müşavirəsi keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov çıxış edərək bildirib ki, noyabrın 1-də keçiriləcək seçki zamanı vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün mühüm amillərdən biri ictimai asayişin etibarlı qorunmasıdır. Şöbə rəisi bu məqsədlə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı DİN rəhbərliyi tərəfindən xüsusi tədbirlər planının təsdiq edildiyini, həmin günlər ərzində rəhbər heyətin xidmətinin növbətçilik cədvəli əsasında təşkil olunacağını qeyd edib.

Çıxışlarda qeyd olunub ki, seçici kimi səsvermə halları istisna olmaqla, seçki günü polis əməkdaşlarının seçki məntəqəsinə yalnız xüsusi geyim formasında və məntəqə seçki komissiyasının qərarına əsasən ictimai qaydanın bərpa edilməsi məqsədilə gəlməsinə icazə veriləcək. İctimai qaydanı bərpa olunduqdan sonra onlar dərhal məntəqədən çıxarılacaq.

Müşavirədə MSK-nın nümayəndələri İradə Hacıyeva və Samir Tağıyev çıxış ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, onlara “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair Yaddaş Kitabçası” paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR