Konstitusiya məhkəməsi Evo Moralesin üçüncü dəfə Boliviya prezidenti seçilməsinə razılıq verib

Konstitusiya məhkəməsi Evo Moralesin üçüncü dəfə Boliviya prezidenti seçilməsinə razılıq verib
# 30 aprel 2013 04:57 (UTC +04:00)

Bakı-APA. Boliviya Konstitusiya məhkəməsi prezident Evo Moralesin üçüncü dəfə dövlət başçısı seçilmək üçün namizədliyini irəli sürməsinin qanuni olduğunu bildirib. Ölkə Konstitusiyasına görə eyni şəxs üçüncü dəfə prezident ola bilməz. Konstitusiya məhkəməsi öz qərarını onunla əsaslandırıb ki, Evo Morales birinci dəfə «Boliviya Respublikası»nın prezidenti olub. 2009-cu ildə qəbul edilmiş yeni Konstitusiyaya əsasən, bu dövlətin hazırkı adı «Çoxmillətli Boliviya dövləti»dir. Evo Morales «Çoxmillətli Boliviya dövləti»nin bir dəfə prezidenti olub.

Qərar müxalifət tərəfindən sərt tənqidə məruz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR