Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinə Sumqayıt şəhərində 1 nəfərin intihar etmək məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:45-də başa çatıb.