Bakı. Türbət Bağırova-APA. Bu gün Vyanada ATƏT-in Minsk qrupu üzvlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparılacaq.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dünən öz “Twitter” səhifəsində yazıb.
“Sabah (bu gün –APA) ATƏT-in Minsk Qrupunun həmsədrləri Minsk Qrupu üzvlərini Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələri və növbəti addımlar barədə məlumatlandıracaq”.