Obama: “Brexit-ə baxmayaraq dünya iqtisadiyyatı davamlılığını qoruyacaq”

Obama: “Brexit-ə baxmayaraq dünya iqtisadiyyatı davamlılığını qoruyacaq”
# 29 iyun 2016 22:51 (UTC +04:00)

Bakı-APA. Dünya iqtisadiyyatı qısamüddətli perspektivdə davamlılığını qoruyacaq.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.

Bununla belə, ABŞ lideri qeyd edib ki, Brexit dünya iqtisadiyyatının artımına təsir göstərə bilər. “ABŞ hökuməti dünya iqtisadiyyatında baş verənləri diqqətlə izləyir”, deyə B.Obama bildirib.

Iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52 faizi Böyük Britaniyanın Aİ-dən çıxmasına səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR