Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub
# 03 oktyabr 2015 22:07 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Vüsal Əliyev bədənin müxtəlif hissələrinin əzilməsi xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına müraciət edib. Tibbi yardım göstərilən yaralının vəziyyətinin normal olduğu bildirilir.

V. Əliyevin bildirdiyinə görə, o şəhərin Nizami küçəsində yolu keçmək istəyərkən “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR