TAP konsorsiumu növbəti tender elan edib

TAP konsorsiumu növbəti tender elan edib
# 18 dekabr 2014 11:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Trans Adriatik Boru kəməri konsorsiumu növbəti tender keçirir.

Konsorsiumdan “APA-Economics”ə verilən məlumata görə, tender kəmərlərin qurudakı hissəsinə boru və döngələrin təchizatı ilə əlaqədardır.

Ümumilikdə, tender 6 lot üzrə keçirilir.

Boruların ümumi uzunluğu 780 km, çəkisi 443 min ton, diametri müvafiq olaraq 48 və 36 duymdır.

TAP-ın satınalmalar üzrə direktoru Knut Steinar Kvindesland bildirib ki, tenderin 6 lot üzrə keçirilməsində məqsəd iddiaçı şirkətlərin hər birinə ilkin qiymətləndirmə ilə bağlı maksimum imkanların verilməsidir: “TAP-ın digər müqavilələri kimi, bu müqavilə üçün də potensial təchizatçıların seçimi ciddi şəkildə aparılacaq. Əsas tələb isə ondan ibarətdir ki, bizimlə müqavilə bağlayanlar sağlamlıq, təhlükəsizlik və ətraf mühitlə bağlı yüksək standartlara, həm də TAP-ın “sıfır zərər” siyasətinin öhdəliklərinə cavab versinlər”.

Qeyd edək ki, TAP suda boru kəmərlərinin ilkin qiymətləndirmə prosesini 2015-ci ilin əvvəlində həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR