Beyləqan sakini yük avtomobilindən yıxılaraq ölüb

Beyləqan sakini yük avtomobilindən yıxılaraq ölüb
# 10 iyul 2014 11:28 (UTC +04:00)

Bakı. Şirin Abbasov - APA. Beyləqan sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 8-də Beyləqan şəhərinin ərazisində Şəfəq qəsəbə sakini Qədir Orucovun idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “KamAZ” markalı avtomobilin yük yerində olan şəhər sakini Sadiq Tağıyev yıxılıb.

Xəstəxanaya yerləşdirilən S.Tağıyev iyulun 9-da orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR