Konyada Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başlayıb, təlimlər aprelin 13-dək davam edəcək - YENİLƏNİB-1

Konyada Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başlayıb, təlimlər aprelin 13-dək davam edəcək - <span style="color: red;">YENİLƏNİB-1
# 03 mart 2015 13:45 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Müdafiə Nazirliyi (MN) Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə hərbi təlimlərinin başlanması ilə bağlı məlumat yayıb.

APA-nın MN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən "TurAz Şahini 2015" təlimləri başlayıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazaya gəlib.

Eyni zamanda "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetiriləcəklər.

Təlimlər aprelin 13-dək davam edəcək.

***

saat 16.16

Bakı. Ağa Cəfərli - APA. Konyada Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimi başlayıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, təlim “TURAZ Şahini 2015” adlanır.

Uçuş təlimləri Anadolu Qartalı Hava Meydanında həyata keçirilir.

Təlimdə Türkiyə Hərbi Hava Qüvvələrinin F-16, F-4E 2020, E-7T (HİK) təyyarələri, AS-532, UN-1H helikopteri, Azərbaycan Hərbi Hava Qüvvələrinin isə MİG-29, SU-25 təyyarələri və Mi-17 helikopteri iştirak edir.

Bundan başqa, təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin 106 hərbçisi qatılıb.

Bu, Azərbaycan Hərbi Hava Qüvvələrinin qatıldığı ilk xarici uçuş təlimidir.

Təlimin məqsədi qarşılıqlı uçuş bacarığı və vərdişlərini daha da inkişaf etdirməkdir.

Beynəlxalq uçuş üsullarının tətbiq olunacağı uçuş təlimlərində silah sistemləri haqqında məlumat və təcrübələr paylaşılacaq.

"Müharibə hava dövriyyəsi”, “Himayə”, “Hava müharibəsi”, “Yaxın hava dəstəyi”, “Suüstü ünsürlərə qarşı hava hərəkatı” adı altında təlimlərin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndəsi Elçin Axundov təlimlərin keçirilməsinə görə Türkiyəyə təşəkkür edib: "Gözəl qarşılandığımıza və tarixi gün üçün təşəkkür edirəm. Hava Qüvvələrinin ilk xarici uçuş təlimini Türkiyədə keçirik. Çox həyəcanlandım. Tarix yazdıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR