SOCAR BTC bir ildə neftin nəqlini 5%-dən çox azaldıb

SOCAR BTC bir ildə neftin nəqlini 5%-dən çox azaldıb
# 07 may 2015 14:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 337 542 ton Azərbaycan nefti nəql olunub.

APA-Economics”in Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 5,36% azdır.

Bu ilin yanvar-aprel aylarında bu kəmərlə 9 559 744 ton neft ötürülüb. Bu da 2014-cü ilin dörd ayı müqayisədə 0,9% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il may ayının 1-ə qədər BTC-yə 273 399 590 ton neft vurulub. Bundan başqa, bu ilin aprel ayında BTC kəməri ilə 233 718 ton Qazaxıstan və 350 min ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR