Bank Of Baku

Bakıda hüquqi yardım göstərmək adı altında 54 min manatlıq dələduzluq edilib

Bakıda hüquqi yardım göstərmək adı altında 54 min manatlıq dələduzluq edilib
# 30 oktyabr 2026 14:33 (UTC +04:00)

Nəsimi rayonu ərazisində vətəndaşlardan birinin dələduzluğa məruz qalması barədə polisə müraciət daxil olub.

APA xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə qeyd olunan əməli törədən C.Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, C.Nəcəfov zərərçəkmişlə əlaqə yaradaraq onun oğluna hüquqi yardım göstərəcəyi vədini verərək zərərçəkmişdən 54 900 manat alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR