Azərbaycan və İranın gömrükçüləri Astarada görüş keçirəcəklər

Azərbaycan və İranın gömrükçüləri Astarada görüş keçirəcəklər
# 20 fevral 2013 09:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Astara rayonunda Azərbaycan və İranın gömrük xidməti rəhbərlərinin görüşü keçiriləcək. Bu barədə APA-ya məlumat verən İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi bildirib ki, görüşün əsas məqsədi Astara keçid məntəqəsindən yüklərin və sərnişinlərin gediş-gəlişinin daha da asanlaşdırılması yollarının araşdırılmasıdır.

O həmçinin, fevralın 16-18-də Təbriz şəhərində «Xudafərin» və «Qız Qalası» su bəndlərinin istismar qaydasının razılaşdırılması istiqamətdə İran və Azərbaycan arasında görüşün keçirildiyini də qeyd edib. Mətbuat xidmətinin sözlərinə görə, danışıqlarda irəliləyiş müşahidə olunur və tərəflər yaxın aylar ərzində bu müzakirələri yekunlaşdırmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR