“Qızıl buts” mükafatına iddiaçıların adları açıqlanıb

“Qızıl buts” mükafatına iddiaçıların adları açıqlanıb
# 27 fevral 2013 11:37 (UTC +04:00)

Bakı – APA. UEFA-ya üzv olan ölkələrin milli çempionatlarında ən çox qol vuran futbolçuya verilən “Qızıl buts” mükafatına iddiaçıların cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıya “Barselona”nın argentinalı legioneri Lionel Messi başçılıq edir.


37 qol vuran cənubi amerikalı oynadığı çempionatın əmsalı 2-yə bərabər olduğu üçün 74 xalla zirvədə qərarlaşıb.

24 qol vuran Kriştianu Ronaldo (“Real”) 48 xalla 2-ci yerədir. “Porto”nun heyətində 22 dəfə fərqlənən Cekson Martines 44 xalla ilk “üçlüy”ü tamamlayır. Liderlər sırasında əsasən çempionatının əmsalı 2-yə bərabər olan futbolçular qərarlaşıb. Ümumilikdə isə siyahıda 62 futbolçu qərarlaşıb. 49-62-ci yerləri bölüşən futbolçuların hesabında 22 xal var.

Topaz Premyer Liqasının bombardiri Nikolas Kanales 20 qol vurduğundan ən yaxşılardan geri qalıb. Çempionatımızın əmsalı 1-ə bərabər olduğundan “Neftçi”nin çilili hücumçusuna siyahıya düşmək üçün cəmi 2 qol çatmayıb. Siyahıda sonuncu olanların çoxu isə 11 qolla 22 xal toplayıb. Burada məşhurlardan Tomas Müller, Frenk Lempard, Teo Uolkott, Marko Roys kimi ulduzlar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR