Azərbaycanda etik davranış qaydalarının daha çox pozulduğu dövlət qurumlarının adları açıqlanıb - FOTO

Azərbaycanda etik davranış qaydalarının daha çox pozulduğu dövlət qurumlarının adları açıqlanıb - <span style="color: red;">FOTO
# 07 fevral 2013 09:04 (UTC +04:00)

APA-nın xəbərinə görə, “Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın illik hesabatı və dövlət qulluqçularının etik davranış məsələləri üzrə illik hesabat” mövzusunda dəyirmi masada Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov bildirib ki, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 263 intizam tənbeh tədbirinin araşdırılmasına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 75, Maliyyə Nazirliyi üzrə 49, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 38, Dövlət Sosial Müdafiə Fondu üzrə 29, İqtisadi İnkişaf Nazirliyi üzrə 27, Dövlət Statistika Komitəsi üzrə 13, Təhsil Nazirliyi üzrə 8, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üzrə 6, Sənaye və Energetika Nazirliyi üzrə 3, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 3, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 2, Diasporla İş üzrə Dövlət Komitəsi üzrə 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə 2, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti üzrə 2, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üzrə 1, Nəqliyyat Nazirliyi üzrə 1, Müəllif Hüquqları Agentliyi üzrə 1, Milli Arxiv İdarəsi üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Ötən il yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 76 intizam tənbeh tədbirinin araşdırılması zamanı müəyyən olunub ki, Bakı şəhər İcra Hakimiyyəti üzrə 25, Beyləqan Rayon İcra Hakimiyyəti üzrə 13, Masallı Rayon İcra Hakimiyyəti üzrə 8, Şəki Şəhər İcra Hakimiyyəti üzrə 8, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə 7, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti üzrə 5, Kəlbəcər Rayon İcra Hakimiyyəti üzrə 4, Salyan Rayon İcra Hakimiyyəti üzrə 3, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə 2, Tərtər Rayon İcra hakimiyyəti üzrə 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilmiş 76 intizam tənbeh tədbirindən 62-si töhmət, 14-ü dövlət qulluğundan azad edilmə növündə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR