Vəkil Leyla Yunusla görüşüb

Vəkil Leyla Yunusla görüşüb
# 02 iyun 2015 14:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Elçin Qəmbərov Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunusla görüşüb.

Bu barədə APA-ya məlumat verən E. Qəmbərov bildirib ki, L. Yunusun səhhətində problemlər var: “İstintaqla bağlı hər hansı yenilik yoxdur. Görüşüb söhbət etdik. Səhhətindəki problemlər hələ də qalır”.

Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR