Mehmet Binnət: “Əməliyyat etdiyim gənclər böyük vəzifələrə yüksəliblər”

Mehmet Binnət: “Əməliyyat etdiyim gənclər böyük vəzifələrə yüksəliblər”
# 06 mart 2013 12:06 (UTC +04:00)

Bakı – APA. “Bəlkə də bilirsiz, mənim əslim Azərbaycandandır. Atam da, anam da burda doğulublar. Biri Gəncədən, o birisi isə Şamaxıdandır. Yalnız mən Türkiyədə böyümüşəm. Ancaq bütün qohumlarım Azərbaycanda yaşayır. Məhz bu əlaqə çoxlu sayda azərbaycanlı idmançını müalicə etməyimə səbəb oldu”. Apasport.az saytının məlumatına görə, bunu Acıbadem Sağlamlıq Qrupunun İstanbuldakı xəstəxanasının baş həkimi Mehmet Binnət deyib.

Acıbadem Sağlamlıq Qrupunun sponsorluq etdiyi “Qəbələ” və “Bakı”nın nümayəndələri ilə görüşən Binnət ölkəmizlə əlaqəsindən danışıb: “Mənim onsuz da Azərbaycanla əlaqəm sıx idi. Sadəcə, yenilik “Acıbadem”in məni transfer etməsi ilə bağlı oldu. “Acıbadem”in icraçı-direktoru Mehmet Ali bəy Ankarada açılacaq xəstəxananın ortopediya bölməsinə rəhbərlik etməyimi xahiş etdi. 3 ay öncə orda işləməyə başladım. Mehmet Ali bəy mənim azərbaycanəsilli olduğumu bilirdi. Bu üzdən Çağrı bəyə mənim əslim olan Azərbaycanda daha çox qurumla sponsorluq etməyimizi tapşırdı. Sağ olsun, dünən Çağrı bəyin vasitəsilə bir neçə klubla görüşdük. Günortadan sonra daha bir federasiya ilə görüşəcəyik”.

Daha sonra Binnət sabiq taekvondoçu Niyaməddin Paşayev və “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovu müalicə etməsindən danışıb: “Dünya çempionu olmazdan illər öncə Niyaməddin Paşayevin dizi qırılmışdı. Onu əməliyyat etdik, bundan sonra dünya çempionu oldu. Bütün dostlarımla görüşürəm. Məsələn, Ramiz Məmmədovla, Güləş Federasiyasının əməkdaşı Leyla xanımla bir ailə kimi tez-tez əlaqə saxlayıram. Günün birində baxırsan ki, əməliyyat etdiyim gənclər böyük vəzifələrə yüksəliblər. Məsələn, Niyaməddin Taekvondo Federasiyasının vitse-prezidenti olub. Halbuki, mən onu uşaq ikən tanıyırdım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR