«AGBank»ın aktivləri ötən il 10% artıb

«AGBank»ın aktivləri ötən il 10% artıb
# 06 mart 2013 07:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 346,494 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 10,2% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 19,6% artaraq 249,990 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 24,068 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 47,0% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 16,5% artaraq 40,177 mln. manata, vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 0,4 faiz bəndi azalaraq 16,1%-ə çatıb.

Bankın depozit portfeli 2012-ci ildə 18,6% artaraq 220,282 mln. manat təşkil edib. O cümlədən, əhalinin əmanətlərinin həcmi 190,014 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19,1% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 19,9% artaraq 42,561 mln. manat, o cümlədən nizamnamə kapitalı 25% artaraq 25,0 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 28,7% artaraq 75 043, o cümlədən fiziki şəxslərin sayı 25,9% artaraq 72 060, hüquqi şəxslərin sayı 2,8 dəfə artaraq 2 983 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 63 639-a bərabər olub ki, bu da illik müqayisədə 28,0% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 28,1% artaraq 48 665-ə, kredit kartların sayı 27,1% artaraq 14 984-ə çatıb.

Hazırda bankın ölkə üzrə 16 filialı, 55 bankomatı, 1 132 POS-terminalı fəaliyyət göstərir. Bankın 579 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR