Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var

Lənkəranda iki avtomobil toqquşub, xəsarət alan var
# 25 yanvar 2013 11:24 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gecə Lənkəran – Lerik şose yolunun 10 - cu kilometrliyində - Lənkəranın Qrumba kəndi ərazisində qeydə alınıb. Lerik rayonu istiqamətində hərəkətdə olan Lənkəran rayonunun Kərgəlan kənd sakini, 35 yaşlı Vüqar Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobil qarşı yolda hərəkətsiz dayanan Lənkəranın Lüvəsər kənd sakini, 49 yaşlı Polad Qurbanova məxsus “QAZEL” markalı yük avtomaşınına çırpılıb. Güclü zərbənin təsirindən “Mercedes” markalı avtomaşın aşıb, “QAZEL” isə toqquşma nöqtəsindən bir neçə metr kənara düşüb. Hadisə yerinə ilk olaraq çatan yaxınlıqdakı çayxanadakı yerli sakinlər “Mercedes”in yaralanmış sürücüsünü maşından çıxararaq dərhal Lənkəran Müalicə Diaqnostika Mərkəzinə çatdırıblar. Burada ağır kəllə - beyin travması diaqnozu qoyulan Vüqar Ağayevə ilkin tibbi yardım göstərilib. Lakin yaralının vəziyyəti ağır olduğundan təcili Bakı şəhərindəki xəstəxanaların birinə yola salınıb. Hadisə yerinə gələn yol polisi əməkdaşlarının ilkin versiyasına görə, qəzaya “Mercedes” markalı avtomaşının yüksək sürətlə idarə olması və dönmə zamanı idarəetməni itirməsi səbəb olub.

“Mercedes”in sürücüsü Vüqar Ağayevin bir neçə gündür ki, Rusiya Federasiyasından qayıtdığı, avtomaşını təzə aldığı bildirilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR