Məleykə Abbaszadə: “Magistraturaya qəbulda ikinci mərhələ imtahanlarının ləğvinə hazırıq”

Məleykə Abbaszadə: “Magistraturaya qəbulda ikinci mərhələ imtahanlarının ləğvinə hazırıq”
# 30 yanvar 2013 09:51 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2012-2013-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunan tədbirdə çıxışında deyib.

M. Abbaszadə bildirib ki, əgər bakalavrlar qiymətlərinin reallıqlara əsaslandığını və təhsil aldıqları magistratura təhsili üzrə biliklərinin fərqlənəcəyini bilsəydilər, onlar da əyani təhsil alardılar.

TQDK sədri magistratura səviyyəsi üzrə qəbul imtahanlarının ixtisas üzrə II mərhələ imtahanlarının ləğvinə hazır olduqlarını açıqlayıb: “Biz hazırıq ki, ali məktəblərin magistratura imtahanlarının II mərhələsinin üstündən xətt çəkək. Amma ali məktəblər buna hazırdırmı? Buna görə də biz II mərhələnin imtahanını keçiririk. Əgər ali məktəblər bakalavra verdikləri qiymətlərin real olduğuna inanarlarsa, onda magistraturaya qəbul imtahanlarında bu qiymətlər nəzərə alınar və imtahanın II mərhələsi keçirilməz. Yalnız ehtiyac olduqda yüksək müsabiqə vəziyyəti yaranan ixtisaslarda qəbulun II mərhələsi təşkil olunar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR