Türkiyə mətbuatında I Avropa Oyunları ilə bağlı məqalə dərc edilib

Türkiyə mətbuatında I Avropa Oyunları ilə bağlı məqalə dərc edilib
# 06 iyun 2015 12:47 (UTC +04:00)

Bakı-APA. Türkiyənin “Yeni Çağ” qəzeti Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı məqalə dərc edib.

APA-nın qəzetin saytına istinadən verdiyi məlumat görə, məqalədə Azərbaycanın oyunlara tam hazır olduğu bildirilir: “Bakıda 12-28 iyun tarixləri arasında keçiriləcək oyunlara hazırlıqları Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva şəxsən nəzarətdə saxlayır. Artıq müasir idman obyektləri qonaqlarını gözləyir. Mədəni zənginliyin sərgilənməsinin qarşıya məqsəd qoyulduğu oyunların ölkənin tanıdılmasına böyük töhfə verəcəyi gözlənilir”.

Məqalə müəllifi bildirir ki, Azərbaycanın 2012-ci ildə Avropa Oyunlarını təşkil etmək hüququ qazanmasıyla paytaxt Bakı yeni görkəm qazanıb: “Oyunların açılış və bağlanış mərasimlərinin baş tutacağı Olimpiya Stadionu memarlıq üslubu ilə göz qamaşdırır. Bakı – 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Avropa Oyunlarının yalnız Azərbaycan üçün deyil, Avropa üçün də çox böyük hadisə olacağını deyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR