ABŞ-ın üçüncü ən böyük şəhərində Xocalı faciəsinin anım mərasimi keçirilib

ABŞ-ın üçüncü ən böyük şəhərində Xocalı faciəsinin anım mərasimi keçirilib
# 27 fevral 2013 18:50 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə anım tədbiri keçirilib. Tədbirdə insan hüquqları sahəsində tanınmış hüquqşünaslar, tələbələr, azərbaycanlı və yəhudi icmasının üzvləri iştirak ediblər. Bu barədə APA Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən məlumat verir.

Tədbirin təşkilatçısı Loyola Universitetinin hüquq elmləri üzrə magistri Mehriban Məmmədova iştirakçılara Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişə kontekstində insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayət - Xocalı soyqırımı barəsində geniş məlumat verib. O, hazırda “Xocalıya ədalət” kampaniyası çərçivəsində erməni yalanlarının ifşa edildiyini və 26 fevral hadisələrinə doğru hüquqi qiymətin verilməsi istiqamətində işlərin aparıldığını bildirib. Natiq həmçinin Avropa və Latın Amerikası ölkələri ilə yanaşı, ABŞ-da da yerli qanunvericilik orqanları səviyyəsində Xocalı faciəsinin soyqırımı kimi tanındığı, bu xüsusda son iki ayda Nyu Meksiko və Arkanzas ştatlarında bu barədə qətnamələrin qəbul olunduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən amerikalı hüquqşünas Judith Montalvo təqdimatla çıxış edərək, faktlar əsasında erməni vəhşiliklərinin hüquqi baxımdan “soyqırımı” anlayışına uyğunluğu bildirib.

Tədbirin sonunda fleytada ifa olunan həzin musiqi fonunda Xocalı faciəsi qurbanlarının məruz qaldığı amansız rəftarın, eləcə əcnəbi jurnalist-müxbirlərin faciə ilə bağlı məqalələrinin əks olunduğu foto-sərgi nümayiş etdirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR